image-0218077117277714942124264601062264backend

Ölkə ərazisi genişlənir, bu dövlət yoxa çıxır – Rəsmən açıqlandı

İsrail Livanla yeni sərhəd xətti formalaşdırır.

Bunu İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə naziri Amihay Şikli bildirib. Onun sözlərinə görə, ölkənin hərbi qüvvələri mövcud atəşkəs rejiminə baxmayaraq, təhlükəsizlik tədbirlərini davam etdirir.

Şikili bildirib ki, proses bitdikdən sonra İsrail ərazisi daha geniş yerlərə sahib olacaq. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri sərhəd boyunca potensial təhlükə yaradan infrastrukturu hədəf alaraq məhv edir və bununla da yeni formalaşdırılan sərhəd xəttinin daha dayanıqlı və nəzarət edilən vəziyyətdə saxlanmasına çalışır.

Nazir qeyd edib ki, bu addımların əsas məqsədi sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək, mümkün hücum risklərinin qarşısını almaq və bölgədə uzunmüddətli sabitliyə nail olmaqdır.

“Artıq proses davam edir. Ölkəmizin ərazisi genişlənir və yeni sərhəd formalaşır. Düşmən ölkə isə məhv olur”.

O əlavə edib ki, İsrail tərəfi vəziyyəti yaxından izləyir və istənilən təhlükəyə operativ reaksiya vermək üçün hazır vəziyyətdədir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki