Ölməyib, sağdır!.. – Əhəd Abıyev qardaşından danışdı

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Referans Media  xəbər verir ki, Əhəd Abıyev Unikal-a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

“Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib”, – deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki