Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və sabiq Baş prokuror Otar Partsxaladzenin evində axtarış aparılıb.
Referans xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.
Onlarla əlaqəli 8 şəxsin evlərində də axtarışlar aparılıb. Nəticədə müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.//publika.az
