Onların evlərini dövlət təmir edəcək

Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, həmçinin Biləsuvar və Bərdə rayonlarında keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillərin təmir olunması planlaşdırılır.

Referans Media  oxu.az-a istinadən xəbər ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tender elan edib.

Qurum layihənin həyata keçirilməsi üçün 451 min 115.65 manat ödəməyi planlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki