Macarıstan parlamenti baş nazir vəzifəsi üçün maksimum 8 illik (iki müddət) vəzifə limiti nəzərdə tutan konstitusiya dəyişikliyini qəbul edib.
Referans Media “BBC”yə istinadən xəbər verir ki, yeni qayda 2 may 1990-cı ildən sonra baş nazir olmuş şəxslərə də şamil edilir.
Məlumata görə, dəyişiklik müxtəlif dövrlərdə ümumilikdə 20 il baş nazir postunu tutmuş Viktor Orbanın yenidən hakimiyyətə qayıtmasının qarşısını almağı hədəfləyir.
Hazırkı baş nazir Peter Madyarın "rejim dəyişikliyi" vədinin ilk böyük addımı kimi qiymətləndirilən qərar onun öz səlahiyyətlərini də məhdudlaşdırır.
Bununla yanaşı, bəzi hüquqşünaslar dəyişikliklərin əvvəlki dövrlərə şamil olunmaya biləcəyini və Orbanın yenidən namizədliyinin hüquqi baxımdan hələ də mümkün olduğunu qeyd edirlər.
