backend

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

Ordubad rayonununda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

Referans Media Reporta isdinadən xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.

Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki