Ordubadda qaz xəttinə ziyan dəydi, 11 kənd mavi yanacaqsız qaldı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölünün suyunun tam açılması nəticəsində qaz xəttinə ziyan dəyib.

Referans Media “Report”a istinadla xəbər verir ki, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.

Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki