Paşinyan bu masada Əliyevdən nə soruşub? – Baqdasaryan açıqladıbackend

Paşinyan bu masada Əliyevdən nə soruşub? – Baqdasaryan açıqladı

  “Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsindən də söhbət açıb”. 

Referans.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Baqdasaryanın sözlərinə görə, Paşinyan görüşdə dəhlizlə bağlı məsələni gündəmə gətirib:

 
“Baş nazir “Zəngəzur dəhlizi” ifadəsinin Ermənistan ərazisinə aid hesab edilmədiyini vurğulayıb. Həmçinin oktyabrın 2-də baş tutan görüşdən sonra hər iki tərəfin yaydığı press-relizdə də layihənin adı TRIPP-dir”.

Qeyd edək ki, bundan öncə Paşinyan Azərbaycan tərəfinin Sünikdən (Zəngəzur-red.) keçən yolu istədiyi şəkildə adlandıra biləcəyini, bunun problem olmadığı, rəsmi sənəddə adın TRIPP olduğunu söyləyib. Lakin son olaraq Moskvaya səfərinin ardınca Azərbaycan nümayəndələrini bu ifadəni işlətməməyə çağırıb və yolun “Zəngəzur dəhlizi” adlanmasını doğru hesab etmədiyini söyləyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki