Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının bərpası məsələsi yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan bu mövzu ilə bağlı konkret mövqe açıqlamaqdan imtina edib.
“Mənim bu məsələ ilə bağlı deyəcək sözüm yoxdur. Əgər yeni məlumatlar olsaydı, bunu açıqlayardım. Əvvəlki bütün bəyanatlarım qüvvədə qalır”, – deyə Paşinyan bildirib.
Baş nazirin bu açıqlaması rəsmi İrəvanın KTMT ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmadığını göstərsə də, Ermənistanın gələcək addımları ilə bağlı sualları açıq saxlayır. Regionda baş verən son proseslər fonunda Paşinyanın susqun mövqeyi diqqət çəkir./musavat.com























