Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? – Nələr baş verir…backend

Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? – Nələr baş verir…

Ermənistanın baş naziri Nikol Paşinyan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə
səfər edəcək.


Bunu Ermənistan
parlamentinin sədri Alen Simonyan bildirib.


“Ermənistanın
baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq.
Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk
səfəridir”, -o qeyd edib.


Politoloq Məhəmməd
Əsədullazadə Referans 
– a açıqlamasında bu görüşün mahiyyətindən danışıb.




“Ermənistan Baş Nazirinin
Türkiyəyə rəsmi səfərində Azərbaycanın da razılığı var. Görünür, tərəflər
regionda vəziyyət xüsusilə, İsrail-İran müharibəsi olan regiona təsirlər,
həmçinin Türkiyə Ermənistan münasibətləri, eyni zamanda Azərbaycan-Ermənistan
sülh müqaviləsində Zəngəzur dəhlizinin açılması kimi məsələlər müzakirə
predmeti olacaq. Ermənistanda seçkilər yaxınlaşdıqca Nikol Paşinyan da öz
mövqeyini gücləndirməyə çalışır və seçki qabağı Türkiyə ilə sərhədlərin
açılması, həmçinin Azərbaycanla sülh müqaviləsinin bağlanmasına maraqlıdır.
Çünki o bununla da öz rəqinlərini sıradan çıxara bilər, həmçinin daxili
müxtəvidə öz mövqeyini gücləndir bilər”.


Politoloq düşünür
ki, bu səfər perspektivdə müsbət nəticələr verə bilər.


“Paşinyanın başqa çarəsi
yoxdur. Əgər sülh istəyirsə, Türkiyə və Azərbaycanın şərtlərini qəbul
etməlidir. Təbii ki, bu şərtlər beynəlxalq hüquqa uyğundur, heç də Ermənistanın
əleyhinə deyil”.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki