Paşinyan Türkiyəyə nəyə gedir? – Bağlı qapılar arxasında müzakirəbackend

Paşinyan Türkiyəyə nəyə gedir? – Bağlı qapılar arxasında müzakirə

Ermənistanın baş naziri Nikol Paşinyan və komanda yoldaşları Türkiyəyə səfərinin məqsədlərini bağlı qapılar arxasında müzakirə ediblər.

Bu barədə “Joqovurd” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazıb.

“Mənbələrimizə görə, Paşinyan bildirib ki, o, sülh sazişi üzrə danışıqlar aparmaq üçün Ankaraya gedir.

Əldə etdiyimiz məlumata görə, baş nazir 2026-cı il seçkilərinə qədər nəyin bahasına olursa-olsun Azərbaycanla sülh sənədin imzalanmasının zəruri olduğunu vurğulayıb. Siyasi komanda bunu öz gücünün təkrar istehsalına zəmanət verən strateji addım hesab edir.

Bəzi komanda yoldaşları hesab edir ki, beynəlxalq “oyunçular” – Rusiya, ABŞ və Avropa – regionda fiziki mövcudluqlarına baxmayaraq, sabitliyi təmin edə bilməyiblər. Və buna görə də Paşinyan 2026-cı ildə yenidən seçilmək üçün sülh sazişinin imzalanmasını sürətləndirməyə ümid edərək birbaşa Ankara ilə əlaqə saxlamağa qərar verib”, – nəşr yazır.//Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki