İran ətrafında mümkün müharibə TRIPP (Zəngəzur dəhlizi) təşəbbüsünün həyata keçirilməsini gecikdirə bilər.
Referans Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası hazırda digər məsələlərə, yəni İrandakı münaqişəyə fokslanıb. Bun görə də, TRIPP layihəsi hələ ki prioritet istiqamət deyil.
“Ümid edirik ki, münaqişə bitdikdın sonra bu məsəlyəə daha çox maraq yarılacaq. Çünki TRIPP layihəsi Trampın əsas diqqət yetirdiyi sahədir”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, Yaxın Şərqdəki gərgin vəziyyət yüksək inflyasiya riskləri yarada bilər. Onun sözlərinə görə, belə bir təhlükə yaranacağı halda Ermənistan hökuməti iqtisadi sabitliyin qorunması üçün zəruri tədbirlər görəcək.//publika.az























