“İran parlamentinin sədri Məhəmməd baqir Qalibafın əli minlərlə günahsız insanın qanına batıb”.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın Qalibaf haqda fikirlərini şərh edərkən deyib.
“Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiridir. Əlləri bu sistemdəki digərləri qədər qana batıb. Qalibafı gözəl göstərə bilməzsən. Bu, donuza dodaq boyası çəkmək kimidir”
Prezident Trampdan və İrana kənardan baxan istənilən ölkənin rəhbərindən gözləntim odur ki, onlar İranın növbəti liderinin kim olacağını məhz biz müəyyən etməli olduğumuzu başa düşsünlər. Bu, İran xalqının öz işidir. Amerika Qərb demokratiyası kimi həmişə xalqın qərar verməsinə icazə verməyin tərəfdarı olub. Qoy gələcəyi seçki qutusu müəyyən etsin”, – o bildirib.
Donald Trampın dəstəyi olmadan İranda hakimiyyət dəyişikliyinin mümkün olub-olmadığı sualına Rza Pəhləvi bu dəyişikliyin xalqdan gələcəyi cavabını verib.
ABŞ Prezidenti bundan əvvəl Məhəmməd Baqir Qalibafın Vaşinqton üçün məqbul tərəfdaş ola biləcək “ağlabatan və çox möhkəm” fiqur olduğunu iddia etmişdi. İran parlamentinin sədri Tehranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəridir.
