image-pensiyanerbackend

Pensiyaçılarla bağlı vacib məsələ – Yeni güzəştlər ola bilər

Gürcüstanda təqaüdçülər dərmanları 50 faiz endirimlə alırlar və bu, sosial baxımdan müsbət təcrübə hesab olunur. Azərbaycanda da pensiyaçıların əksəriyyəti belə bir güzəştin tətbiqini istəyir. Bildirilir ki, bu təşəbbüs həm səhiyyə sahəsində əlçatanlığın artırılması, həm də sosial siyasətin gücləndirilməsi baxımından vacibdir.

Ölkəmizdə təqaüdçülərin dərmanları 50 faiz endirimlə alması mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır?

Referans Media  xəbər verir ki , Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, bunun üçün ilk öncə İcbari Tibbi Sığortanın (İTS) Xidmətlər Zərfinin genişləndirilməsi lazımdır.

Onun sözlərinə görə, hazırda İTS çərçivəsində stasionar müalicə zamanı dərmanlar pulsuzdur:

“Lakin ambulator (evdə) müalicə üçün dərman təminatı hələ tam tətbiq olunmayıb. İlk addım kimi pensiyaçılar üçün ambulator dərmanlar sığorta zərfinə əlavə edilməlidir. Belə bir sistem qurulacaqsa, öncə “elektron resept” sistemi yaradılmalı və tam tətbiq olunmalıdır. Çünki güzəştli dərmanların paylanmasında sui-istifadə hallarının qarşısını almaq üçün şəffaf nəzarət lazımdır. Həkim dərmanı elektron sistemdə yazmalı və pensiyaçı şəxsiyyət vəsiqəsi ilə aptekə yaxınlaşaraq həmin endirimi avtomatik əldə etməlidir”.

Mütəxəssis bildirib ki, dövlət 50% kompensasiya ödəyəcəksə, dərmanların qiyməti süni şəkildə artırılmamalıdır:

“Qiymətlərin yuxarı həddi sərt şəkildə tənzimlənməlidir ki, büdcə yükü həddindən artıq ağırlaşmasın. Bütün dərmanlara eyni anda endirim etmək iqtisadi cəhətdən çətin ola bilər. Əvvəlcə pensiyaçılar arasında ən çox yayılan xəstəliklərin dərmanları üzrə 50% güzəştlər tətbiq edilə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki