image-pentagon-iran-a-saldirilarda-bugune-kadar-19644918_5335_ampbackend

Pentaqon açıqladı: 140 ABŞ əsgəri yaralandı!

ABŞ Müdafiə Nazirliyi , ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar nəticəsində yaralanan ABŞ əsgərlərinin sayını açıqladı. Bildirilib ki, əməliyyatların başlanmasından bu yana təxminən 140 ABŞ əsgəri yaralanıb, onlardan 8-nin vəziyyəti ağırdır, 108-i isə vəzifəsinə qayıdıb.

Referans Media xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell açıqlamasında deyib: “Epik Qəzəb Əməliyyatı çərçivəsində 10 gün davam edən aralıqsız hücumlarda təxminən 140 əsgər yaralanıb. Əksəriyyətinin xəsarətləri yüngül olsa da, 8 nəfərin vəziyyəti ağırdır və onlara yüksək səviyyəli tibbi yardım göstərilir. Yaralı əsgərlərin 108-i artıq vəzifəsinə qayıdıb.”

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 9 mart tarixində açıqlayıb ki, İranın qisası nəticəsində 7 ABŞ əsgəri ölüb.

İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında aparılan danışıqlar davam edərkən, 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə İsrailin hücumlarına cavab olaraq, ABŞ-ın yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn daxil olmaqla, bölgədəki bir sıra hədəflərə qarşı raket və digər hücumlarla cavab verib.

Əlavə olaraq, ABŞ-İsrail əməliyyatlarında İran lideri Əli Xamenei və digər yüksək səviyyəli rəsmilər həlak olub. İranlı rəsmi mənbələrə görə, ABŞ-İsrailin hücumlarında 1332 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki