Piştaxtada 1-ə qoyub, kassada 5-ə satanlar… – 4 min manatdan 6 min manatadək CƏRİMƏLƏNƏCƏK

Son günlər ölkədə fəaliyyət göstərən bir çox marketlər malı vitrində qeyd olunan qiymətdən baha satdıqlarına görə cərimə olunur. Siyahıda demək olar ki, Azərbaycanın ən böyük bütün marketlər şəbəkələri mövcuddur. Özü də bu hal birinci dəfədir baş vermir. Artıq bir neçə dəfədir ki, məhz bu halla bağlı müvafiq qurumlar tərəfindən cərimələmə prosesi həyata keçirilir.

Mütəmadi cərimələnməyə baxmayaraq, bu halın təkrar olunmasına səbəb nədir? İri market şəbəkələrini buna nə vadar edir? Bu prosesə kim nəzarət edir və bu əməl üçün nə qədər cərimə nəzərdə tutulur? Dəfələrlə bunu edən marketlər şəbəkələrinin bağlanma ehtimalı varmı?

Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov Referans-a açıqlamasında bu sualları ətraflı cavablandırıb.

“Rayon mərkəzlərindəki və ya şəhərdaxili ərazilərdə yerləşən orta ölçülü supermarketlər 5,000 – 15,000 SKU (Stock Keeping Unit — məhsul çeşidləri) ilə xidmət göstərir. Böyük supermarket və ya hipermarketlər isə 20,000 – 50,000 və daha artıq SKU ilə xidmət göstərirlər.  Bu göstərici ərazi, satış sahəsi, təchizat zənciri və logistika imkanlarına görə dəyişir. Hər bir məhsul anbardan kassaya çatana qədər ən azı 15–20 prosesdən keçir. Bu rəqəm supermarketin ölçüsünə, texnoloji imkanlarına və idarəetmə sistemlərinə görə daha da arta bilər”.

Ekspert nəzərə çatdırıb ki, pərakəndə bazarı dinamik bazardır və qiymət həssaslığının ən çox büruzə verildiyi yerdir. Belə olan təqdirdə sistemdə baş verən qiymət dəyişikliyi və rəfdəki qiymət dəyişikliyi eyni zamanda olmaya bilir.

“Sadə dildə desək, çox zaman əməkdaşlar müvafiq qiymət dəyişikliyini icra etməyə macal tapmaya bilirlər. Məhz bu nöqtədə texnologiyanın tətbiqi hər zaman səmərəli olmaya bilər. Əsas etibarı ilə insan faktorundan qaynaqlanan səbəblərdir:

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki