image-qezaaazatoqqusbackend

Piyadanı vuran avtomobil yük maşınına çırpıldı – Ölən və yaralanan var

Dünən saat 21 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.

Referans xəbər verir ki, Ramazan Həsənov idarə etdiyi “Mercedes ML 320” markalı avtomobillə Bakı-Quba magistralının Sumqayıtdan keçən hissəsində piyada Samiq Fərhad oğlu Abdullayevi vurub.

Daha sonra maşın idarəetmədən çıxaraq “MAN” markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Nəticədə “Mercedes”də sərnişin qismində əyləşmiş 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Piyada isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki