image-qrip11backend

Pnevmoniya bu hallarda yaranır – Həkimdən AÇIQLAMA

Son günlər yayılan və kəskin simptomlarla müşahidə olunan virusun ən ağır formasının pnevmoniya olduğu bildirilir.

Bəs görəsən, pnevmoniya necə yaranır və hansı hallarda daha ciddi şəkil alır? Risk qrupuna daxil olan şəxslər kimlərdir və insanlar hansı tədbirlərə diqqət etməlidir?

Referans Media  xəbər verir ki , Pulmonoloq Əsəd Beydullayev Sfera.az-a açıqlamasında bildirib ki, qış aylarının gəlməsi ilə viral infeksiyaların sayında artma müşahidə olunur. Onun sözlərinə görə, bunlarr il olan mövsümi qrip xəstəlikləridir:

“Bu xəstəliklərin artmasının əsas səbəblərindən biri insanların daha çox qapalı ortamlarda kontaktda olmasıdır. Bu zaman yoluxmalar daha çox artır. Az hərəkətlilik, passiv həyat tərzi də immunitetin zəifləməsinə səbəb olur və xəstəlik çoxalır. Yaz aylarının gəlməsi, insanların daha çox gəzməsi, təmiz havada olması ilə göstərici azalır. Hər il eyni olur. Təbii ki, belə bir durumun ağırlaşmaları da yaşanır. Viral infeksiyalar sağlam və orta yaşlı insanlarda ciddi yox, 3-4 günlük qızdırma, halsızlıq, iştahsızlıq kimi əlamətlərlə keçir. 65 yaş üstü insanlarda, xroniki xəstəliyi olan insanlarda, körpə uşaqlarda ağır nəticələrə səbəb olur. Pnevmoniya da bunlardan biridir”.

Pulmonoloq həyata keçirilməli olan profilaktik tədbirləri də qeyd edib:

“İlk növbədə insanlar bir-birləri ilə məsafə saxlamalıdır. Xəstə insan olan ortamlara gedilməməlidir. Dezinfeksiyaedici vasitələrdən, maskalardan istifadə olunmalıdır. Bu zaman yoluxma sayı azala bilər. Eyni zamanda aktiv həyat tərzi, yaxşı qidalanma, düzgün yuxu rejiminə riayət olunması immuniteti aktiv saxlayır. Bu da pnevmoniya dediyimiz ağırlaşmanın qarşısını ala bilər. Əgər sutkadan artıq davam edən qızdırma varsa, bəlğəmli öskürək, halsızlıq, iştahsızlıq kimi hallar varsa, pnevmoniya ola bilər. Bu zaman mütləq həkimə müraciət etmək və düzgün müalicə almaq lazımdır. Özbaşına antibiotik və sistem qəbulu zaman itkisi və zərər ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki