Saatlıda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Referans Media xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunda Bizim.Media-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.
Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
