Gəncədə Prezident Təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru vəfat edib.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev vəfat edib.
Referans Media xəbər verir ki, bir müddət öncə səhhətində problemlər yaranan Qazıyev 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qivami Qazıyev 11 avqust 1956-cı ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub.
1974–1978-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alıb.
2001-ci ildən etibarən GDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında kabinə müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb. O, 20-dən çox elmi məqalənin müəllifidir. 2019-cu ildən Azərbaycan Respublikası Prezident Təqaüdçüsü idi. (Bizim.Media)
