Şəmkirdə evdə qadın meyiti TAPILDI

Şəmkirdə naməlum şəraitdə ölən qadın meyiti aşkar edilib.

Referans Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki