image-b0f609ae-da02-36a8-a97a-6b8ed534d188_850backend

Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib.

“Referans” xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb.

Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib.
Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki