backend

Putin fərman imzaladı – Bu şəxslər orduya çağrılır

Putin 2026-cı il üçün hazırlığa ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman imzalayıb.

Referans Media xəbər verir ki, 2021-ci ilə kimi Rusiyada 100 minə yaxın ehtiyatda olan əsgər var idi.

Verilən fərmanda bildirilir ki, ehtiyatda olan rusiyalılar Silahlı Qüvvələr, Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar hərbi hissələri, habelə dövlət mühafizə orqanları və FSB ilə birgə təlimlərə çağırılacaqlar.

Referans Media Rusiya dövlət mediasına istinadən xəbər verir ki, Putin hökumətə və regional hakimiyyət orqanlarına ehtiyatda olan hərbçilərin çağırılması və təlimlərin təşkili üçün bütün zəruri işlərin tamamlanmasını təmin etməyi tapşırıb.

Oktyabr ayında Dövlət Duması ehtiyatda olan hərbçilərin “xüsusi təlimlərə”, o cümlədən kritik infrastrukturun qorunması üzrə missiyalara göndərilməsinə icazə verən qanun qəbul etdi. Bu tədbir rəsmi səfərbərlik elan etmədən daha çox insanı hərbi xidmətə cəlb etməyin başqa bir yolu kimi qiymətləndirilir.

Keçən il Putin 20 ildə ilk dəfə təlimlərin yanvarda başlaması barədə göstəriş vermişdi. Əvvəlki illərdə belə fərmanlar adətən fevralın sonu iyunun əvvəli arasında verilirdi.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki