Rusiya Prezidenti Vladimir Putin sabah Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Referans Media APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Qeyd edək ki, Hakan Fidan Rusiyada işgüzar səfərə gəlib. Türkiyə XİN başçısı bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.
