image-qerbputin-900x604-1backend

Putin onu ağır cəzalandıracaq – ŞOK DETALLAR

Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq yolunda ciddi və dəqiq addımlar atmağa qərar verdiklərini bəyan edib.

Musavat.com xəbər verir ki, o, “Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına uyğun bir ölkəyə çevirmək üçün çox möhkəm və aydın addımlar atmalıyıq” deyə vurğulayıb.

Referans Media-nın  xəbərinə görə, politoloq Xəyal Bəşirov hesab edir ki, Rusiya Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünə razı olmayacaq:

“Ermənistan hazırda Rusiyanın orbitr olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Avropa İttifaqına üzvlük isə bu strukturlardan çıxmağı və ya faktiki fəaliyyətsizləşməni, Rusiyanın Cənubi Qafqazdakı son dayaq nöqtələrindən birini itirməsini ifadə edir. Rusiya üçün Ermənistan hərbi, siyasi, logistika və regional balans baxımından əhəmiyyətə malikdir. Aİ üzvü olan Ermənistan Avrasiya İttifaqının gömrük, vergi və ticarət rejimində qala bilməz. Bu isə Moskvanın regional iqtisadi təsirinin azalması deməkdir.

Bütün bunlara görə hesab edirəm ki, Rusiya Ermənistanın Avropa İttifaqı üzvlüyünə mane olmaq üçün ən radikal addımlara belə gedə bilər”.

Ekspert qeyd edib ki, Rusiya Ermənistanın Aİ-yə tam üzvlüyə yox, Aİ ilə tərəfdaşlıq və assosiasiya səviyyəsində əməkdaşlığına mane olmayıb. Bundan sonra isə ən yaxşı halda maliyyə, texniki, islahatyönümlü əməkdaşlığına göz yuma bilər:

“Rusiyanın baxışı budur ki, Ermənistan Aİ-yə yaxınlaşa bilər, amma Aİ üzvü ola bilməz. Rusiya Ermənistanın Aİ-yə üzvlüyünü özünün qırmızı xətti hesab edir. Qırmızı xəttini keçəni isə ağır cəzalandıracağı şübhəsizdir. Başqa təcrübələr də bunu deyir. Hətta bu günlərdə belə fikir səslənmişdi ki, Rusiya Ermənistanda xüsusi əməliyyat keçirə bilər”.

Xəyal Bəşirov düşünür ki, Paşinyan Avropa İttifaqına üzvlük mövzusundan həm də manipulyativ və balanslaşdırıcı alət kimi istifadə edir.musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki