Rusiya prezidenti Vladimir Putin 2026-cı ildə Ukraynanın şimal-şərqində, Sumı və Xarkov bölgələrində “bufer zonasının” genişləndirilməsini əmr edib.
Referans Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.
Gerasimov bildirib ki, həmin ərazidə fəaliyyət göstərən “Şimal” qüvvələr qrupunu yoxlayıb. Qrup 2024-cü ilin əvvəlində yaradılıb və Moskvanın açıqlamasına görə, sərhəd boyunca “bufer” yaratmaq və Ukrayna qüvvələrini daha dərinə sıxışdırmaq missiyasını daşıyır.
Gerasimovun açıqlaması, Moskvanın Putinin iqamətgahına edilən hücum cəhdinə cavab verəcəyi bəyanatı ilə üst-üstə düşüb.
Kiyev isə ittihamları rədd edib və bunu potensial sülh danışıqlarını pozmaq cəhdi adlandırıb. Ukraynanın rəsmi reaksiyası hələ verilməyib.
Putin daha əvvəl sərhəd bölgələrində, xüsusən Belqorod və Kurskda atəş və pilotsuz təyyarə hücumlarını əsas gətirərək, “bufer zonası” ideyasını təqdim edib. Kiyev isə bu konsepsiyanı dəfələrlə rədd edib və Moskvanın bunu Ukrayna ərazisinə daha dərin müdaxilə üçün bəhanə kimi istifadə etdiyini iddia edib.
Ukrayna prezidenti Volodimir Zelenski isə Sumı və Xarkov planlarını “dəlilik” adlandıraraq, ölkəsinin bu bölgələri müdafiə edəcəyini vurğulayıb.























