Qardaşların "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatdı

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

Məlumata görə, Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən təlimə hazırlıqları yekunlaşıb.

Təlim çərçivəsində bölmələr 15 sentyabrda Qars Qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki