Putin Rusiyanın İranda tikdiyi nüvə reaktoru barədə: “İşləri davam etdiririk”backend

Putin Rusiyanın İranda tikdiyi nüvə reaktoru barədə: “İşləri davam etdiririk”

  Rusiya İran ətrafında yaranmış çətin vəziyyətə baxmayaraq, Buşehrdəki nüvə reaktoru üzərində işləri davam etdirir.

Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

“Biz İran ətrafında vəziyyətin mürəkkəbliyinə baxmayaraq, İranda, Buşehrdə nüvə reaktoru tikmişik. Biz daha iki nüvə reaktorunun tikintisinə dair müqavilə imzalamışıq. Təhlükəyə baxmayaraq, işi davam etdiririk”, – o bildirib.

Putinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın Buşəhr AES-də rus işçilərinin təhlükəsizliyi ilə bağlı tələbini dəstəkləyəcəyinə söz verib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki