Putin Aərbaycanəsilli diplomat İradə Zeynalova ilə bağlı fərman imzalayıb.
Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Bununla bağlı Prezidenti Vladimir Putin fərman imzalayıb.
Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında öz əksini tapıb.
Xatırladaq ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir.
O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub.
























