Putinlə görüşmək istəyirəm – Zelenskibackend

Putinlə görüşmək istəyirəm – Zelenski

  Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşə hazırlıq İstanbulda keçirilən danışıqlarda Kiyev nümayəndə heyəti üçün əsas prioritet məsələyə çevrilib.

Referans xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Danışıqlarda məqsəd yalnız texniki detallarla məhdudlaşmır, həm də ali səviyyədə birbaşa dialoqun baş tutması üçün zəmin yaratmaqdır. Ukrayna tərəfi belə bir görüşün sülh prosesinə töhfə verə biləcəyinə inanır. Əgər, müsbət nəticə alınarsa, Putinlə aramızda görüş baş tutmasını istərdim”, – deyə Ukrayan lideri qeyd edib.

Qeyd edək ki, İstanbul əvvəllər də Rusiya–Ukrayna münaqişəsi ilə bağlı vasitəçi platforma kimi çıxış edib. Hazırkı danışıqların nəticələrinin isə qarşıdakı günlərdə daha da aydınlaşacağı gözlənilir./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki