image-mohammed-bagher-ghalibafbackend

Qalibafın sözləri sosial mediada gündəm oldu: “Tankeri PlayStation-da gördünüz?”

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın energetika naziri Kris Raytın sosial mediada paylaşdığı Hörmüz Boğazında ABŞ donanmasının neft tankerinə müşayiət etdiyi iddialarına sərt və gülməli cavab verib.

Referans Media xəbər verir ki, Məhəmməd Bağır Qalibaf bildirib: “ABŞ donanmasının müşayiət etdiyi bir neft tankeri Hörmüz Boğazından keçib? Bəlkə PlayStation-da.”

Bu sözlər sosial mediada geniş yayılaraq gündəm yaradıb.

İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri Komandanı Əlirza Tengsiri isə açıqlama verərək, İrana hücumlarla əlaqəli heç bir gəminin Hörmüz Boğazından keçməsinə icazə verilməyəcəyini bildirib: “İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz Boğazından keçmə haqqı yoxdur. Şübhəniz varsa, yaxınlaşın və sınayın.”

Donald Tramp isə İranın Hörmüz Boğazına mina döşəməsi ehtimalına qarşı xəbərdarlıq etdi: “Əgər minalar döşənibsə və dərhal götürülməzsə, İran üçün hərbi nəticələr əvvəllər görülməmiş səviyyədə olacaq.”

Günün diqqət çəkən hadisələrindən biri də Kris Raytın sosial mediada ABŞ donanmasının Hörmüz Boğazında bir tankerə müşayiət etdiyi paylaşımı olub. Lakin nazir qısa müddət sonra bu paylaşımı silib. ABŞ mətbuatına danışan anonim rəsmi şəxslər də bu iddianı təkzib edib.

Hörmüz Boğazı ətrafında İran-ABŞ gərginliyi dərinləşir. Hər iki tərəf bölgədə ard-arda açıqlamalar verərək strateji mövqelərini nümayiş etdirir. Qalibafın “PlayStation” göndərməsi bu gərginliyin sosial mediada əyləncəli və sərt bir ifadəsi kimi geniş yayıldı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki