image-qar-rayon-bakibackend

Qar yağacaq, 18 dərəcə şaxta olacaq – BU TARİXDƏ

Martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Referans Media xəbər verir ki, bu barədə Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki