Qara kürünü milyonluq saatın üzərində yeyirlər - Zənginlərin yeni dəbi - FOTO

Türkiyənin Bodrum bölgəsində yerləşən Yalıkavak Marinasında lüks həyat tərzi ilə bağlı yeni trend müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, əvvəlcə rusiyalı milyarderlər arasında yayılan bu dəb sonradan digər varlı tətilçilər tərəfindən də mənimsənilib.

Trendə əsasən, Rolex  Audemars Piguet kimi bahalı saatların şüşəsinin üzərinə qara kürü qoyulur və xüsusi qaşıqlarla birbaşa saatın üzərindən yeyilir. Sosial mediada yayılan görüntülər qısa müddətdə geniş müzakirələr doğurub.

İddialara görə, bu ritual ilk dəfə Yalıkavak Marinasında lövbər salan lüks yaxtaların sahibləri olan rusiyalı milyarderlər tərəfindən tətbiq edilib və daha sonra bölgədə istirahət edən digər zəngin turistlər arasında yayılıb.

Sosial şəbəkələrdə isə bu görüntülər birmənalı qarşılanmayıb. Bir çox istifadəçi bunu "lüks deyil, nümayiş" və "vulqarlığın zirvəsi" kimi qiymətləndirərək tənqid edib.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki