TƏCİLİ! Dünyada DƏHŞƏT yaşanacaq - Pandemiya dövründən də QORXUNC olacaq

Qara dənizdə limanlara və ticarət gəmilərinə qarşı hücumların intensivləşməsi dünya ərzaq bazarı üçün ciddi risk yaradır. Rusiya Taxıl İxracatçıları və İstehsalçıları Birliyi xəbərdarlıq edib ki, hücumlar davam edərsə, Qara dəniz üzərindən taxıl ixracı tamamilə dayana və bu da qlobal ərzaq böhranını dərinləşdirə bilər.

Referans Media xəbər verir ki, Birliyin məlumatına görə, son vaxtlar limanlara və yük gəmilərinə edilən hücumlar ixrac marşrutlarının fəaliyyətini ciddi şəkildə çətinləşdirib. Qara dəniz üzərindən daşınan taxılın dayanması dünya bazarında buğda qiymətlərinin sürətlə artmasına səbəb ola bilər.

Qurum hesab edir ki, cari mövsümdə Rusiyanın buğda tədarükü 30–35 milyon ton azala bilər. Bu həcm qlobal buğda ticarətinin təxminən 15 faizinə bərabərdir.

Birliyin qiymətləndirməsinə görə, yaranacaq boşluğu digər ixracatçı ölkələrin qısa müddətdə doldurması mümkün görünmür. Bu isə dünya bazarında fiziki taxıl çatışmazlığı riskini artırır.

Məlumata əsasən, mövcud vəziyyət davam edərsə, buğdanın bir tonunun FOB qiyməti 340–370 dollar aralığına yüksələ, bəzi hallarda isə 400 dolları keçə bilər.

Birlik bildirir ki, belə bir artım pandemiya dövründə yaşanan logistika problemlərindən də güclü qlobal ərzaq inflyasiyasına səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, Qara dəniz hövzəsindən taxıl idxalından yüksək dərəcədə asılı olan Yaxın Şərq və Afrika ölkələri mümkün böhrandan ən çox zərər görəcək. Ərzaq qiymətlərinin bahalaşması həmin regionlarda yoxsul əhali üçün aclıq riskini daha da artıracaq.

Bununla yanaşı, hazırkı ehtiyatlar və alternativ təchizat mənbələri sayəsində dünyada hələlik taxıl qıtlığı yaşanmasa da, münaqişənin uzanacağı təqdirdə vəziyyətin qısa müddətdə dəyişə biləcəyi vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki