Qarabağ Universiteti üçün 25,6 milyon manat ayrılır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Qarabağ Universitetinin infrastrukturunun gücləndirilməsi və maddi-texniki bazasının artırılması məqsədilə iki böyük satınalma həyata keçirir.

Referans Media xəbər verir ki, iki müqavilə üzrə ayrılan vəsaitin ümumi dəyəri 25 milyon 657 min 998,66 manat təşkil edir.

Satınalmalar çərçivəsində Universitetin Tibb, Pedaqoji və Təbiət elmləri fakültələrinin mebel və avadanlıqlarla təmin olunmasına 9 milyon 835 min 716,80 manat xərclənəcək. Digər müqavilə üzrə isə Tibb və Turizm (Şuşa şəhər kolleci) fakültələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 15 milyon 822 min 281,86 manatlıq mebel və avadanlıqların alınması nəzərdə tutulub. /Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki