Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya” QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır.

Referans Media Ölkə.az-a istinadən xəbər verir ki, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir.

O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir.

Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib.

Xatırladaq ki, Z.Quliyev QSC sədri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub.

O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki