Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.

Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki