Qəbələdə ağır avtomobil qəzası baş verib, ölən və yaralananlar var – FOTO – YENİLƏNİB

  Bu gün saat 14:30 radələrində Qəbələ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Referans xəbər verir ki , bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 Bildirilib ki, müxtəlif dərəcəli xəsarət alan şəxslərə müştərək travmalar, başın və alının açıq yaraları diaqnozları təyin olunub.

Pasiyentlərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

1994 və 2010-cu il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil qiymətləndirilir. Hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

1978-ci il təvəllüdlü şəxs zəruri ilkin tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki