Qəbələdə çoban qayadan yıxıldı – FOTO

  Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.Referans APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki