image-06f07327743b5ccd4643a05cc85b113abackend

Qəbələyə gedənlərə MÜHÜM XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı günlərində – iyunun 6-9-da sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Referans ADY-yə istinadən xəbər verir.

Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki