image-matteo-guendouzi-1-hqmwbackend

Qenduzi “Fənərbaxça”ya gəlir: Transfer tamamlandı, tarix bəlli oldu

“Fənərbaxça” İtaliyanın A Seriyasında çıxış edən “Latsio”nun futbolçusu Matteo Qenduzinin transferi ilə bağlı razılıq əldə edib. Fransalı yarımmüdafiəçinin 8 yanvar, cümə axşamı İstanbulda olacağı gözlənilir.

Referans Media xəbər verir ki, qış transfer pəncərəsində “Samsunspor”dan Entoni Musabanı heyətinə qataraq ilk transferini reallaşdıran sarı-lacivərtlilər, komandanı gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Musabadan sonra daha bir mühüm transferi yekunlaşdırmağa hazırlaşan “Fənərbaxça” “Latsio”nun futbolçusu Matteo Qenduzinin keçidi ilə bağlı bütün məsələlərdə razılığa gəlib.

26 yaşlı futbolçunun TSİ ilə saat 13:30-da İstanbula enməsi planlaşdırılır. Klub rəhbərliyi yeni transferin “Qalatasaray”la Turkcell Superkubokunun finalında keçiriləcək derbi matçının heyətində yer almasını hədəfləyir.

Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm “Latsio”nun heyətində keçirdiyi 16 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki