Qərbi azərbaycanlılar dədə-baba torpaqlarına QAYIDACAQ? – Bu şərtlər daxilində…

“Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmalıdırlar. Bu onların hüququdur”.

Bu sözlər Dövlət Başçısı İlham Əliyevin çıxışlarında tez-tez səsləndirilir.

Bəs bu proses hansı şərtlər daxilində reallaşa bilər?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında bu haqda danışıb.

“Azərbaycanın tələbi 1988-1991-ci illərdə Ermənistandan qovulmuş, vətəndaşlıqları əlindən alınmış, mülkiyyət, milli insan hüquqları tapdanmış 300 minə yaxın Qərbi Azərbaycan türkünün hüququnun bərpa olunmasıdır. Bunu Dövlət Başçısı İlham Əliyev, digər rəsmilər açıq şəkildə bəyan edirlər. Hətta İstanbul Konfransı Təşkilatının İstanbul bəyannaməsində də Qərbi azərbaycanlıların tapdanan hüququnun bərpası ilə bağlı müddəa var. Bu sadəcə Qərbi azərbaycanlıların pozulmuş vətəndaş hüquqlarının bərpasıdır. Bunu bəziləri fərqi məsələlərlə, ermənilərin qayıdışı ilə bağlı məsələlərlə eyniləşdirirlər. Amma bu yanaşma yanlışdır”.

Siyasi şərhçi qeyd edib ki, bu, Ermənistana qarşı ərazi iddiası deyil. Bunu Dövlət Başçısı da dəfələrlə vurğulayıb.

“Ermənilər Azərbaycanda yerli əhali olmayıb, onlar gəlmədir. Bu tarixdən də məlumdur. Amma Qərbi azərbaycanlılar isə Ermənistanın yerli sakinləridir. Yəni o torpaqlar onların tarixi dədə-baba yurdlarıdır. Bu ikisi fərqli nüanslardır. Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı prosesi üçün Ermənistan onların hüquqlarını və azadlıqlarını təmin edəcəyini öhtəliyinə götürür, bunun üçün Repotrasiya haqqında qanun qəbul edilir. Bu qanunda qərbi azərbaycanlıların da hüquqları öz əksini tapır. Son 20 ildə ermənilər Repotrasiya haqqında qanun qəbul etməyə cəhd göstərsələr də, bunu hələ də başa çatdırmayıblar. Amma bununla belə Suriyadan, Livandan olan erməniləri ölkə ərazisinə yerləşdirirlər və bu da beynəlxalq hüquqa, qaydalara ziddir.

Fidan Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki