Qısqanclığa görə arvadını döyənin cəzası AZALDILDI

  Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Behbudzadənin (adı, soyadı

şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Refrans  Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona

təyin edilmiş beş ay müddətə azadlıqdan məhrumetmə cəzası üç aya endirilib.

İttihama görə, hadisə 5 mart 2025-ci il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində

qeydə alınıb.

Belə ki, Pənah Behbudzadə yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Maya Behbudzadə (adı, soyadı şərtidir) ilə

qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qəsdən yumruqla qadının üz və baş nahiyəsinə vurub, yerə yıxaraq ona

yüngül zərər yetirib.

Hadisədən sonra Pənah Behbudzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, beş ay müddətə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs

olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki