ABŞ-nin “Qiyamət günü radiosu”nun analoqu hesab edilən “HFGCS” qlobal hərbi rabitə sistemi yenidən siqnal yayımlayıb.
Referans Media xəbər verir ki, qeydə alınan səs yazısı “soundcloud.com” saytında yerləşdirilib.
Efir vasitəsilə 21 simvoldan ibarət sirli mesaj ötürülüb.
8992 kHs tezliyində yayımlanan kodlaşdırılmış məlumat belə səslənib: “BRADFIELD 6CWCH7 6CWCH7F7TGFSUUJF2TGFS”.
Ötürülən hərf və rəqəm kombinasiyasının mənası hələlik məlum deyil və müəmmalı olaraq qalır.
Qeyd edək ki, “HFGCS” (High Frequency Global Communications System) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən kritik əhəmiyyətli tapşırıqların, o cümlədən nüvə arsenalının idarə edilməsi protokollarının ötürülməsi üçün istifadə edilən yüksək tezlikli rabitə şəbəkəsidir.
Sistem 24 saat fasiləsiz fəaliyyət göstərir və onun yerüstü stansiyaları İslandiya, Böyük Britaniya, Yaponiya və İtaliyada yerləşir./Musavat.com





















