Qubanın bir neçə yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda baş verən güclü torpaq sürüşməsi nəticəsində vəziyyət daha da pisləşib.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk saatlarda bir neçə metr olan çökmə artıq təxminən 15 metrə qədər genişlənib və sürüşmə prosesi hələ də davam edir.
Nəticədə Yuxarı Tüləkəran, Aşağı Tüləkəran, Tülər, Yenikənd, Möhüc və Gültəpə kəndləri ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun böyük hissəsi uçaraq yararsız vəziyyətə düşüb, hətta piyadaların belə hərəkəti mümkünsüz hala gəlib.
Sakinlər bildiriblər ki, sürüşmə nəticəsində elektrik dirəkləri də ciddi zərər görüb və kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda minlərlə insan həm yol, həm də enerji təminatı baxımından çətin vəziyyətdə qalıb.
Ərazidən son görüntüləri təqdim edirik:
