Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Referans-a TƏBİB-dən məlumat verilib..
Qeyd edilir ki, 1994-cü (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən reanimasiya şöbəsinə yerləşdirilib.
Digər şəxslərin müalicəsi isə təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri sabit qiymətləndirilir.
***
Qusarda turistlərin qəzaya düşməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Referans bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı Pakistan vətəndaşlarının olduğu “Haval” markalı avtomobil Şahdağ Turizm Mərkəzindən Bakıya gəlirmiş. Şahdağ-Qusar yolunda avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və bu vaxt qarşıdan gələn “Chevrolet” markalı avtomobillə toqquşub.
Nəticədə “Haval” markalı avtomobildə olan 5 Pakistan və bir Azərbaycan vətəndaşı, “Chevrolet” markalı avtomobildə olan 4 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
***
Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Referans “Report”a istinadən bildirir ki, yaralılar Pakistan vətəndaşları:
1. Muneeb Rahman
2. Jagdesh Kumar.
3. Avinash Avinash.
4. Raza Aleem.
5. Umair Rafique.
Azərbaycan vətəndaşları:
Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.
***
Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.
Referans “Report”a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.