Qvineya-Bissau prezidenti devrildiyini təsdiqlədi

Qvineya-Bissau Respublikasının Prezidenti Sissoko Embalo devrildiyini təsdiqləyib.

Referans  Media xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Prezident mətbuata açıqlamasında devrildiyini bildirib.

Ölkədə çevriliş edən hərbçilər bütün sərhədlərin bağlandığını elan ediblər .

Hərbçilər “ölkəyə tam nəzarəti” öz üzərinə götürdüklərini qeyd ediblər.

Hərbçilər konstitusiya quruluşuna qayıtmazdan əvvəl vəziyyətin aydınlaşdırılmasının zəruriliyini əsas gətirərək ölkədə mübahisəli seçki prosesinin dayandırıldığını bildiriblər.

Qeyd edək ki, Qvineya-Bissauda ötən bazar günü prezident seçkiləri keçirilmiş. Sissoko Embalo seçkilərdə qalib gəldiyini bildirsə də, müxalifət nəticələri qəbul etməyib.

Onun rəqibi Fernando Dias De Kosta seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını etiraza səsləyib.

Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin nəticələrini hələ də açıqlamayıb./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki