“Rabitəbank” ASC açıq tender elan edir

®Tenderin adı: “İnternet bankçılıq platformasının yenilənməsi”

Tenderin elan tarixi: 26.11.2025

Tenderin son tarixi: 17.12.2025

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə ən azı 5 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (ən azı 3 referans) İşin icra müddəti qeyd edilməsi mütləqdir Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq qiymət vergi daxil göstərilməlidir) Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına  göndərilməlidir. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99451 271 48 48 nömrəsinə müraciət edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki