Rasim Balayev ilə bağlı yeni xəbər

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.

Referans Media  bildirir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O bildirib ki, hazırda Xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır.

“Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək”,- deyə kinorejissor əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki