Qiymətlərinin enməsi gözlənilən kartof və soğan hələ də yüksək qiymətlərlə satılır. Hazırda soğan 60 qəpikdən 1 manata, kartof isə 1,20-1,90 manata təklif olunur. Bakıda tərəvəzlərin qiymətində enmə müşahidə edilməsə də, fermerlər rayonlarda məhsullarını ucuz qiymətə satmaq üçün belə alıcı tapa bilmədiklərindən və məhsulların xarab olduğundan narazılıq edirlər.
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, mövcud problem uzun illərdir davam edir.
Onun sözlərinə görə, buna səbəb istehsal olunan məhsulun bazara çıxış imkanının olmamasıdır: “Təəssüflər olsun ki, bizim fermerlərin istehsal etdikləri məhsullar anbarda çürüyür, xarab olur, onlar həmin məhsulları atmalı olurlar. Biz isə xaricdən kartof, soğan və digər tərəvəz məhsullarını daha baha qiymətə idxal edirik. Fermerlər istehsal edirlər, amma onların bazarlara çıxış imkanları yoxdur. 20-25 il bundan qabaq fermer istehsal edirdi və çoxsaylı tədarükçülər var idi. Həmin tədarükçülər fermerlərdən məhsulu alıb bazarda topdan satışı ilə məşğul olurdular. İndi isə cəmi bir topdan satış bazarı var və say olaraq birdirsə, deməli, bu bazar monopolistdir. Həmin satış bazarı da kəndlilərdən çox ucuz qiymətə məhsul aldıqlarına görə fermerlərə bu sərf etmir”.
V.Məhərrəmov qeyd edib ki, məsələnin həlli üçün Bakı şəhərində bir neçə yerdə topdan satış bazarları olmalıdır: “Bundan əlavə Bakı şəhərində davamlı olaraq fəaliyyət göstərən yarmarkalar olmalıdır. Məsələn, Türkiyədə hər həftə yarmarkalar fəaliyyət göstərir və fermerlər öz məhsullarını gətirib onlara uyğun gələn qiymətə sata bilirlər. Ümumiyyətlə, fermerlər, kəndlilər məhsul əkinini həyata keçirməzdən öncə müqavilə əsasında işləməlidir. Bunu da Kənd Təsərrüfatı Nazirliyi vasitəçi olaraq təşkil etməlidir. Təəssüf olsun ki, Milli Məclisdə bir nəfər də olsun kənd təsərrüfatı mütəxəssisi yoxdur. Onlar digər sahənin mütəxəssisləridir. Qanun qəbul edilməlidir ki, istehsalçı ilə müqavilə olmadan tədarükçülər və ya topdan satış bazarları məhsulları realizə edə bilməsinlər. Onların əlində bir sənəd olmalıdır ki, onlar hansısa fermerlə müqavilə bağlayıblar və həmin fermerin məhsulunu satırlar. Həm də mənbə olmalıdır. Əks halda bu məhsul haradandır, harada istehsal olunub, keyfiyyəti ilə bağlı suallar yaranır. Belə olanda kəndli fermerlər yanlız istehsalla məşğul ola biləcəklər və onların istehsal etdikləri məhsul asanlıqla bazarda özünə yer tapacaq. Bu problem də birdəfəlik öz həllini tapacaq”.